Ramil Şeydayev: "Hər oyundan sonra ailəmlə əlaqə saxlayıram"

"Zəngli saat mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram".

Sportline.az xəbər verir ki, bu sözləri millimizin və Rusiya təmsilçisi "Krılya Sovetov"un futbolçusu Ramil Şeydayev deyib.

Bu gün 23 yaşı tamam olan hücumçu Samara klubunun rəsmi "Youtube" kanalına müsahibə verib. Ramil "Futbolu seçməsəydiniz nə olardınız" sualına belə cavab verib: "Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım".

Şeydayev hər oyundan sonta ailəsi ilə əlaqə saxladığını bildirib: "Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, baxçadakı vəziyyətləri ilə maraqlanıram".