Ramil Şeydayev icarəyə veriləcək?

Türkiyənin “Trabzonspor” klubunun milli komandamızın forvardı  Ramil Şeydayevi icarəyə verəcəyi gözlənilir.Sportline.az  “Fanatik”-ə istinadən xəbər verir ki, heyətə düşməkdə hələ də çətinlik çəkən futbolçunun yeni komandası 1-ci  liqa təmsilçisi “Samsunspor” ola bilər. O “Samsunspor” ki, hazırda 18 komanda arasında 17-ci yeri tutur. Ramilin icarəyə verilməsinin əsas səbəbi isə, hücumçunun oyun təcrübəsisliyinin aradan qaldırılmasıdır.