Ramil Şeydayev oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatında növbəti görüşünü keçirib. SportLine.az xəbər verir ki, rəqib "Senitsa" kollektivi olub.

Matç "Jilina"nın qələbəsi ilə yekunlaşıb - 3:2.

Görüşə start heyətində başlayan Şeydayev 79-cu dəqiqədə əvəzlənib.

Xatırladaq ki, "Jilina" çempionluğunu bir neçə tur öncə rəsmiləşdirib.