Ramil Şeydayev qol vurdu, komandası qələbə qazandı

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Slovakiyada növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, "Jilina"nın gənclərdən ibarət heyətində bacarığını sərgiləyən hücumçu qolla yadda qalıb.

"Novo Mesto" ilə oyuna əsas heyətdə başlayan R.Şeydayev 12-ci dəqiqədə hesabı açıb. O, 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, görüş 2:0 hesabı ilə yekunlaşıb.