Ramil Şeydayev yenidən "Qarabağ"da

"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə anlaşıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi 25 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalayıb.

"Köhlən atlar" rəsmi feysbuk səhifəsində yeni transferlərini açıqlayacaqlarını bəyan edib. Paylaşımda "Sabaha saxlamırıq, bu gün açıqlayacağıq yazılıb".

Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə də "Qarabağ"ın formasını geyinib.