Ramil Şeydayevi göndərən "Trabzonspor" Taşçıya "elçi düşüb"

"Trabzonspor" Moskva "Spartak"ının türk əsilli futbolçusu Sərdar Taşçının transferinə hazırlaşır. Bu, Rusiya mətbuatında yayılan xəbərlərdə də təsdiqini tapıb. Sportline.az sovsport.ru-ya istinadən xəbər verir ki, moskvalıların vidalaşmaq niyyətində olduğu təcrübəli müdafiəçi "qara dənizlilər"in maraq dairəsindədir. Qeyd edək ki, "Trabzonspor" Taşçı ilə yanaşı "Spartak"ın bolqar yarımmüdafiəçisi İvelin Popovun da keçirdini reallaşdırmaq istəyindədir.