Ramos İngiltərə nəhənginə keçə bilər

39 yaşlı Serxio Ramos Avropa futbolunda hələ də ən çox axtarılan müdafiəçilərdən biridir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, təcrübəli oyunçu karyerasını bitirmək fikrində deyil və növbəti addımını diqqətlə qiymətləndirir.

“Mançester Yunayted”  Ramosa mövsümün sonunadək müqavilə təklif edib.

Onun müdafiə xəttinə təcrübə və sabitlik qatacağı gözlənilir.