Ramos İspaniya klubunu satın almaq fikrində qətidir

Serxio Ramos "Sevilya"nı 400 milyon avro qarşılığında satın almaq istəyir.

Sportline.az xəbər verir ki, 39 yaşlı stopper İspaniya klubunun bütün haqqlarına sahib olmaq niyyətindədir.

Bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Qeyd edək ki, Ramos hazırda azad agent statusundadır.