Ramzan Kadırovu futbolda ağır zədələyiblər

Çeçenistan prezidenti Ramzan Kadırov idmanla müntəzəm məşğul olması ilə diqqət çəkir. Sportline.az xəbər verir ki, boks və əlbəyaxa döyüş növlərinə vaxt ayırmağı sevən prezidentin futbola da böyük marağı var. "Terek"in fəxri prezidenti bu günlərdə xüsusi təyinatlılarla oyun zamanı dabanından ağır zədə alıb. Sosial şəbəkədə paylaşdığı fotoya zarafatyana şərh verən Kadırov: "Onları aradabir məğlub edirdik. Görünür bu məsələ onların xoşuna gəlməyib. Ona görə də bizə qarşı belə kobud taktika seçmişdilər"-deyib. Qeyd edək ki, Çeçenistan prezidenti bir müddət ayağında züsusi sarğı ilə gəzməli olacaq.