Raşid Gezzalın yeni klubu bilinib

"Beşiktaş"ın sabiq futbolçusu Raşid Gezzal karyerasını Fransa Liqa 1-də davam etdirəcək.

Sportline.az xəbər verir ki, 33 yaşlı sağ cinah vingeri "Lion"a transfer olunub.

Bu haqda klubun rəsmi saytına məlumat yayıb.

Gezzal yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, sözü gedən futbolçu "Lion"un öz yetirməsidir.