Raspardori yenidən İtaliyaya qayıdır
"Atletiko Madrid"in italiyalı futbolçusu Ciakomo Raspadori karyerasını yenidən İtaliya A Seriyasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Atalanta" bu keçid üçün qarşı tərəfə 23 milyon avro ödəməyə hazırdır.
Bu haqda jurnalist Matteo Moretto öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, Raspadori 2022-2025-ci illərdə "Napoli"də çıxış edib.