Rauf Əliyev "Kukesi"də ilk qolunu vurub

Bakı "İnter"i ilə yollarını ayıraraq Makedoniyaya üz tutan Rauf Əliyev yeni komandasında fərqlənməyi bacarıb. Sportline.az xəbər verir ki, təcrübəli hücumçu "Kukesi"nin növbəti sınaq matçında "Poqradeçi"nin qapısına yol tapıb. Görüş "Kukesi"nin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.