Rauf Əliyev "Kukesi"dən ayrıldı

Azərbaycanlı futbolçu Rauf Əliyevin Albaniya karyerası sona çatıb. SportLine.az "Panama sport" saytına istinadən xəbər verir ki, hücumçu "Kukesi" ilə yolları ayırıb.

Onun şəxsi istəyi ilə Albaniya klubu ilə vidalaşdığı bildirilir.

R.Əliyevin karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir.