Rauf Əliyev oynadı, komandası qalib gəldi
Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, R.Əliyevin komandası "Kamza" ilə qarşılaşıb.
Qarşılaşmanın taleyini bir qol həll edib. 62-ci dəqiqədə R.Əliyevə edilən kobudluğa görə "Kamza"nın qapısına penalti təyin olunub. Bakay 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.