Rauf Əliyev oynadı, komandası xal itirdi

Albaniya çempionatında 2-ci tur yekunlaşıb.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" "Partizani" ilə üz-üzə gəlib. Oyunda hesab açılmayıb.

R.Əliyev start heyətində meydana çıxıb və 2-ci hissənin əvvəlində əvəzlənib.

Qeyd edək ki, hesabında 4 xal olan "Kukesi" turnir cəvdəlinin 3-cü pilləsində qərarlaşıb.