Rauf Əliyev qol vurdu, komandası darmadağına sevindi

Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Erzeni" kollektivi olub.

Qarşılaşma "Kukesi"nin qələbəsi ilə yekunlaşıb - 5:1.

R.Əliyev start heyətində oyuna qoşulub. Hücumçu 54-cü dəqiqədə komandasının 4-cü qolunu vurmaqla qələbəyə töhfə verib.

Qeyd edək ki, mərhələnin ilk görüşündə 4:1 hesablı qələbəyə sevinən "Kukesi" növbəti mərhələyə adlayıb.