Rauf oynadı, komandası uduzdu

Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Luşnya” kollektivi olub.

Qarşılaşma "Kukesi"nin məğlubiyyəti ilə yekunlaşıb - 1:3.

R.Əliyev 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, “Kukesi” turnir cədvəlində 22 xalla 4-cü pillədə qərarlaşıb.