Rauf oynadı, "Kukesi" məğlub oldu
Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya Kubokunda ilk oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Eqnatiya Roqojine” kollektivi olub.
Səfərdə keçirilən matç Raufun komandasının məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Qeyd edək ki, R.Əliyev oyuna start heyətində başlayıb.