Rauf oynadı, "Kukesi" qalib gəldi

Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Laçi" olub.

Qarşılaşma "Kukesi"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

R.Əliyev meydana start heyətində daxil olub və 73 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Kukesi” hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.