"Rayo Valyekano"nun yeni baş məşqçisi bəlli olub
İniqo Pereslə yollarını ayıran "Rayo Valyekano"nun yeni baş məşqçisi bəlli olub.
Sportline.az xəbər verir ki, La Liqa təmsilçisini Benyat San Xose çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Benyat San Xosenin əvvəlki iş yeri "Eybar" olub.