"Real" 90 milyon avro tələb edir
Növbəti mövsüm üçün hazırlıqları davam etdirən "Mançester Yunayted" Alvaro Morata istəyindən əl çəkmir. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 24 yaşlı futbolçuya görə Madrid "Real"ına yeni təklif irəli sürüb. Təklifin məbləği açıqlanmasa da, bunun paytaxt klubunu qane etmədiyi dəqiqdir. Məlumata əsasən, "kral klubu" A.Morata üçün 90 milyon avro tələb edir.
Qeyd edək ki, futbolçu Premyer Liqa təmsilçisi ilə razılığa gəlib və müqavilə imzalamağa hazırdır.