"Real" almaniyalı futbolçu üçün hərəkətə keçib

"Real Madrid"in əsas transfer hədəfi bəlli olub.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Bavariya"nın almaniyalı futbolçusu Coşua Kimmix karyerasını "Real"da davam etdirə bilər.

Madrid klubu 29 yaşlı futbolçunu mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Kimmix bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 oyunda 1 qol və 7 asistlə yadda qalıb.