"Real" - "Barsa" duelinin baş hakimi bəlli oldu

İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" görüşünün baş hakimi müəyyənləşib. SportLine.az xəbər verir ki, "El-Klasiko" Sançes Martinesə həvalə olunub.

Qeyd edək ki, dekabrın 23-də "Santyaqu Bernabeu" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.