“Real Betis” “Lion”la münasibətlərini aydınlaşdıracaq
UEFA Avropa Liqasının liqa mərhələsində 4-cü tura bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, “Real Betis” öz meydanında “Lion”la qarşılaşacaq.
Sevilya klubunda Ezekiel Avilya, Pau Lopez, Rikardo Rodrigez, Junior Firpo və İsko zədədən əziyyət çəkir.
“Lion”da isə Orel Manqala, Ernest Nuamah və Malik Fofana oyunun iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, “Real Betis” – “Lion” görüşü bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq.
Matçda söz sahibi sloveniyalı Matey Yuq olacaq.