"Real" Beyli satmağa hazırdır

Madrid "Real"ı Qaret Beyli satmağa hazırlaşır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" futbolçu ilə maraqlanan "Mançester Yunayted"ə müsbət cavab verməyə yaxındır. 

La Liqa təmsilçisi uelsli hücumçunun əvəzinə, "Monako"dan Kilian Mbappeni və ya, "Çelsi"dən Eden Azarı heyətinə cəlb etmək niyyətindədir.

Qeyd edək ki, Q.Beyl 2013-cü ildə "Tottenhem"dən"Real"a transfer olunub.