"Real" "Çelsi" ilə razılığa gəlir
Madrid "Real"ı növbəti mövsüm üçün hazırlıqları davam etdirir. SportLine.az xəbər verir ki, heyəti gücləndirmək barədə düşünən "kral klubu" Eden Azarı keçidini həll etməyə yaxındır.
"Daily Mail"in məlunatına görə, "Çelsi" rəsmiləri ilə danışıqlar müsbət nəticələnib.
Futbolçunun təzminat məbləği açıqlanmır.
Qeyd edək ki, Qaret Beyllə yollarını ayırmaq istəyən madridlilər, E.Azardan əlavə, "Monako"nun gənc ulduzu - Kilian Mbappenin də xidmətində maraqlıdır.