"Real" "Çelsi"dən 70 milyon avro istəyir

Növbəti mövsüm Çempionlar Liqasında qələbəni hədəfləyən "Çelsi" transfer fəaliyyətinə start verib.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "zadəganlar" Madrid "Real"ının üzvü Xames Rodrigesi heyətinə cəlb etmək niyyətindədir. Mövsümün sonunda futbolçunun keçidini rəsmiləşdirmək istəyən İngiltərə klubu artıq ispanlara təklif də ünvanlayıb. Məlumata görə, "Real" rəhbərliyi futbolçunun keçidi üçün 70 milyon avro tələb edib. 

Qeyd edək ki, "Mançester Yunayted" də X.Rodrigesin xidmətində maraqlıdır.