"Real" çempionluğun bir addımlığında
İspaniya La Liqasında 21-ci turdan təxirə salınan bir oyun keçirilib. SportLine.az xəbər verir ki, çempionluğa əsas namizəd - "Real" "Selta"nın qonağı olub. Görüş Madrid klubunun qələbəsi ilə yekunlaşıb.
“Selta” – “Real” – 1:4
Qollar: Quidetti, 69 – Ronaldo, 10, 48, Benzema, 70, Kroos, 88
Bu nəticə ilə xalını 90-a çatdıran "kral klubu" çempionluğun bir addımlığındadır. Mükafata yiyələnmək üçün paytaxt təmsilçisinə son turda 1 xal da kifayət edəcək.