"Real" fransalı futbolçunu sata bilər
"Real Madrid" fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı yayda sata bilər.
Sportline.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün ən azı 50 milyon avro tələb edir.
23 yaşlı futbolçunun "los blankos"la sözləşməsi 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, E.Kamavinqa cari mövsüm meydana çıxdığı 32 oyunda 2 qol, 1 asistlə yadda qalıb.