"Real" Kurtuaya elçi düşdü

Canluici Donnarummanı bu mövsüm heyətinə qata bilməyən Madrid "Real"ı qapıçı axtarışına davam edir.

SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, "kral klubu" "Çelsi"nin qolkiperi - Tibo Kurtuanı transfer etmək niyyətindədir. Futbolçunun agenti ilə danışıqlar aparan La Liqa təmsilçisi ilkin razılığa nail olub. Yaxın günlərdə "Real"ın "zadəganlar"a rəsmi təklif ünvanlayacağı gözlənilir.

Qeyd edək ki, 25 yaşlı qapıçı 2011-2014-cü illərdə icarə əsasında Madrid şəhərinin digər təmsilçisi - "Atletiko"nun şərəfini qoruyub.