“Real Madrid” 19 yaşlı futbolçunu transfer etmək qərarına gəlib
"Real Madrid" "Az Alkmar"ın 19 yaşlı futbolçusu Kees Smiti transfer etmək niyyətindədir.
Sportline.az "RM Confidencial" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun skautu Juni Kalifat rəhbərliyə Keen Smiti transfer etmələrini tələb edib.
Niderlandlı oyunçunun transfer qiyməti 5 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçunun Niderland klubu ilə sözləşməsi 2028-ci ilin yayına qədərdir.