"Real Madrid" 20 yaşlı futbolçu ilə maraqlanır

"Real Madrid" "Elçe"nin 20 yaşlı futbolçusu Rodriqo Mendozanı heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Madrid klubunun baş məşqçisi Xabi Alonso ispaniyalı yarımmüdafiəçini komandasında görmək istəyir.

Qeyd edək ki, Mendozanın dəyəri "Transfermarkt" portalına görə, 9 milyon avrodur.