“Real Madrid” 22 yaşlı futbolçunu heyətinə qatmaq istəyir

“Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Anderson “Real Madrid”in diqqət mərkəzinə düşüb.

Sportline.az “Defensa Central” nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Xabi Alonso 22 yaşlı futbolçunun oyununu çox bəyənir. Bu səbəbdən Elliotun transferini rəhbərliktən tələb edir.

İngiltərə millisinin üzvü bu mövsüm meydana çıxdığı 12 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, E.Andersonun “Nottingem Forest”lə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.