"Real Madrid" 24 yaşlı stopperi izləməyə başlayıb
"Real Madrid" niderlandlı stopper Miki van de Veni heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisinin transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, M.van de Ven cari mövsüm meydana çıxdığı 33 matçda 7 qol, 1 asistlə yadda qalıb.