"Real Madrid" Arnoldu transfer edəcək

"Liverpul"un ingiltərəli futbolçusu Trent Aleksander-Arnold karyerasını "Real"da davam etdirəcək.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Arnoldu mövsümün sonunda azad agent kimi heyətinə qatacaq.

26 yaşlı futbolçu "Liverpul"la yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Arnold cari mövsüm çıxış etdiyi 30 oyunda 2 qol və 7 asistlə yadda qalıb.