“Real Madrid” “Atletiko Madrid”i məğlub etdi

İspaniya Superkubokunun yarımfinal matçında "Real Madrid" "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.

Sportline.az xəbər verir ki, turnir Səudiyyə Ərəbistanında keçirilib.

Qələbə qollarını Federiko Valverde (2-ci dəqiqə) və Rodriqo (55) vurub. "Atletiko Madrid"dən isə Aleksandr Sörlot (59) fərqlənib. 

Finalda "Real Madrid" əvvəllər "Atletik Bilbao"nu 5-0 hesabı ilə məğlub etmiş "Barselona" ilə qarşılaşacaq. Qarşılaşma yanvarın 11-də keçiriləcək.