“Real Madrid” “Barselona”nı məğlub etdi

İspaniya çempionatının X turunda "Real Madrid" "Barselona" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, matç "Santiaqo Bernabeu"da baş tutub.

Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Madrid təmsilçisinin heyətində Kilian Mbappe və Cud Bellinqem fərqləniblər. Kataloniya klubunun yeganə qolunu Fermin Lopez vurub.

Hazırda "Real Madrid" 27 xalla turnir cədvəlinə başçılıq edir, "Barselona" isə 22 xalla 2-ci sıradadır.