“Real Madrid” “Bavariya”nın gənc oyunçusuna göz qoydu

"Bavariya"nın 17 yaşlı hücumameyilli yarımmüdafiəçisi Lennart Karl "Real Madrid"in maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Gənc futbolçunun dəyəri 20 milyon avrodur.

Qeyd edək ki, Madrid təmsilçisi yayda "Bavariya"ya rəsmi təklif göndərəcək.