"Real Madrid" "Benfika"nın futbolçusunu transfer etmək istəyir

"Benfika"nın ispaniyalı futbolçusu Alvaro Karreras "Real Madrid"in transfer hədəfinə çevrilib.

Sportline.az "As" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu bu keçid üçün "Benfika"ya 20 milyon avro təklif edib.

21 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 30 matçda 3 qol və 4 asistlə yadda qalıb.

Qeyd edək ki, Karreras "Real Madrid" yetirməsi sayılır.