"Real Madrid" Brahimlə bağlı qərar verdi

"Real Madrid" mərakeşli futbolçusu Brahim Diazla yeni müqavilə bağlayacaq.

Sportline.az xəbər verir ki, kral klubu 26 yaşlı sağ cinah vingerinə 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulmuş sözləşmə təklif edib.

Bu haqda jurnalist Nikolo Şıkira məlumat yayıb.

Qeyd edək ki, Brahim Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 1 qol, 2 asistlə yadda qalıb.