“Real Madrid” bu gün “Kayrat”la qarşılaşacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start verilir.
Sportline.az xəbər verir ki, "Real Madrid" bu gün səfərdə "Kayrat"la qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda "los blankos"da əsas itki Eder Militao, Trent Aleksander-Arnold, Dani Karvaxal, Rudiger və Ferlan Mendinin adı ilə bağlıdır.
Qazaxıstan klubunda isə Aleksander Zarutskiy, Joao Paolo, Elder Santana, Giorgi Zaria və Temirlan Anarbekov baş məşqçi Rafael Urazbaktinin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Kayrat" - "Real Madrid" matçı bu gün Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
Görüşün ədalət təmsilçisi italiyalı Marko Quida olacaq.