“Real Madrid” Çempionlar Liqasında yoluna davam edir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha dörd matç baş tutub.

“Atletiko Madrid” evdə “Real Madrid"lə, “Lill” “Borussiya” ilə üz-üzə gəlib. PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olub.

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) - 1:2

İlk oyun - 1:1.

“Atletiko Madrid” (İspaniya) - “Real Madrid" (İspaniya) - 1:0 (Penal - 2:4)

İlk oyun - 1:2.

“Arsenal” (İngiltərə) - PSV (Niderland) - 2:2

İlk oyun - 7:1.

“Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) - 3:0

İlk oyun - 3:1.

Bununla da növbəti mərhələyə “Real”, “Borussiya”, “Arsenal” və “Aston Villa” adlayıblar. Xatırladaq ki, “Barselona”, “PSJ”, “İnter” və “Bavariya” da 1/4 finala vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək.