"Real Madrid" daha bir futbolçunu azad agent kimi heyətinə qata bilər

"Real Madrid" "Bavariya"nın fransalı stopperi Dayo Upamekanonu gələn yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu futbolçunun meneceri ilə təmas halındadır.

26 yaşlı oyunçunun dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avrodur.

Qeyd edək ki, Upamekano "Bavariya" klubuna 2021-ci ilin yayında "Leipziq"dən 42.5 milyon avro qarşılığında transfer olunmuşdu.