"Real Madrid" Enzo üçün hərəkətə keçib
"Real Madrid" Enzo Fernandezi heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "DS Sports" məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçinin dəyəri 85 milyon avrodur.
Qeyd edək ki, Enzo Fernandez bu mövsüm meydana çıxdığı 38 matçda 11 qol, 4 asistlə yadda qalıb.