"Real Madrid" "Espanyol"un qonağı olacaq

İspaniya Çempionatının lideri "Real Madrid" 22-ci turda səfərdə "Espanyol"la qarşılacaq.

Sportline.az xəbər verir ki, Madrid klubu "Espanyol"la matça itkilərlə çıxacaq.

Eduardo Kamavinqa, Eder Militao və Dani Karvaxal zədə səbəbindən oyunu buraxmalı olacaq.

"Espanyol"da isə Briyan Oliviyan və Joze Qraqera görüşün iştirak ərzəsində yer almayıb.

Qeyd edək ki, start fiti gecə yarısı saat 12-də səslənəcək matçı Alexandro Muniz idarə edəcək.