“Real Madrid” futbolçulara ən çox maaş verən klubdur

Avropa klubları arasında ən çox maaş verənlərin siyahısı açıqlanıb.

Sportline.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, siyahıya İspaniya nəhəngi "Real Madrid" başçılıq edir.

"Kral klubu"nun illik orta maaşı 11,2 milyon avro təşkil edib.

İkinci pillədə "Barselona" (7,91 milyon), üçüncü yerdə isə "Mançester Siti" (7,43 milyon) yer alıb.

Növbəti yerləri "Bavariya" (7,38 milyon), PSJ və "Arsenal" (hər biri 7 milyon) tutub.