"Real Madrid" gənc futbolçusu ilə yola davam edəcək

"Real Madrid" ispaniyalı gənc futbolçusu Qonzalo Qarsiya ilə yola davam etmək qərarına gəlib.

Sportline.az "Diario As" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu Qarsiyaya yeni müqavilə təklif edib.

21 yaşlı forvard bu təkliflə razılaşıb.

Qeyd edək ki, Qarsiyanın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.