"Real Madrid" Holandı istəyir

Heyətini gücləndirməyi planlaşdıran "Real Madrid"in əsas hədəfi Erlinq Holanddır.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 25 yaşlı forvardın sərbəst qalma məbləği 200 milyon avrodur.

"Los blankos" Erlinqin meneceri ilə bu həftə görüşəcək.

Qeyd edək ki, "Mançester Siti" norveçli ulduzu satmaq niyyətində deyil.

O, bu mövsüm meydana çıxdığı 52 matçda 38 qol, 9 asistlə yadda qalıb.