"Real Madrid" İngiltərə klubuna 50 milyon avro ödəməyə hazırdır
"Real Madrid" yeni mərkəz müdafiəçi axtarışına çıxıb.
Sportline.az "E-Notices" nəşrinə istinadən xəbər verir ki, əsas hədəf "Tottenhem"in stopperi Miki van de Vendir.
"Los blankos" bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm meydana çıxdığı 22 matçda 6 qolla yadda qalıb.