"Real Madrid" ispaniyalı futbolçu ilə yollarını ayıracaq
"Real Madrid" ispaniyalı yarımmüdafiəçisi Dani Sebalyosla yollarını ayrımağa hazırlaşır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna məlumat yayıb.
Fransanın "Marsel" klubu 29 yaşlı futbolçunu heyətinə qatmağı düşünür.
Qeyd edək ki, D.Sebalyosun "los blankos"la sözləşməsi 2027-ci ilin yayına qədərdir.
Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 10 milyon avrodur.